Rayan Qiqqz: “ÇL-i qazanmaq istəyən “Real”dan daha yaxşı olmalıdı”

15:25 - 12 Sentyabr 2017

İngiıtərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in əfsanəsi Rayan Qiqqz komandasının Çempionlar Liqasındakı şansından danışıb.


Sportal.az xəbər verir ki, “Skay Sports”a müsahibə verən Qiqqz “qırmızı şeytanlar”ın ÇL-də şansının çox olmadığını deyib:


“Mançester Yunayted”ə baxanda Çempionlar Liqasını qazana biləcək bir heyət görürüsünüz?  Məncə, hələ tezdi.  Heyətdə Pol Poqba, Romelu Lukaku, Markus Raşford, David de Xea kimi futbolçular var. Bir neçə ulduz oyunçu və Qaret Beyl kimi futbolçu gəlsə, o zaman “Mançester Yunayted”in  ÇL-dəki şansı barədə danışa bilərik”.


Sabiq futbolçu bu mövsüm Avropanın nüfüzlü klub turnirindəki favoritini açıqlayıb: “Real” (Madrid) 1-ci sıradadır. Onlardan sonra PSJ gəlir. Bu il böyük transferlər reallaşdırdılar. “Real” son 2 ildə hər şeyi çox yaxşı etdi və oyunçuları komandada qalıb. Bu kuboku qazanmaq istəyənlər “Real”dan daha yaxşı olmalıdılar”. 

Xəbər xətti