“Antalyaspor” Nasriyə sərvət ödəyəcək

Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”un yayda rənglərinə bağladığı Samir Nasrinin alacağı maaş bəlli olub.


Sportal.az DHA-ya istinadən xəbər verir ki, Samir Nasri “Atalyaspor”da illik 4 milyon avrodan başqa, bonuslar da qazanacaq.


Bildirilir ki, fransız futbolçunun hər vurduğu qol 1 xal, etdiyi məhsuldar ötürməsi isə 0.5 xal kimi dəyərləndiriləcək.  Ulduz futbolçu 10 xal yığsa, 250 min avro, 15 xal yığsa 300 min avro, 20 xal yığsa 350 min avro qazanacaq. Bundan əlavə, yarımmüdafiəçi oynayacağı hər 10-cu matç üçün 500 min avro qazanacaq. Həmçinin, “Antalyaspor” Çempionlar Liqasında vəsiqə qazanarsa, oyunçu 350 min avro əldə edcək.


Qeyd edək ki, 30 yaşlı Samir Nasrinin 2 milyon avroluq imza pulu da gələn il ödəniləcək.


 

Tarix: 12 Sentyabr [17:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio