Kasilyasdan ÇL açıqlaması

Portuqaliya Super Liqasında mübarizə aparan “Portu”nun qolkiperi İker Kasilyas Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.


Sportal.az xəbər verir ki, “Monako”, “Beşiktaş” və “Leytspiq” ilə eyni qrupda mübarizə aparacaq “Portu”nun təcrübəli qapıçısı hər şeyin oynayacaqları oyundan və şansdan asılı olduğunu deyib:
“Çempionlar Liqasında hər komandanın ümidi olur. Hərşey oynayacağımız oyundan və bir az da şansdan asılıdı. Lakin “Monako”nun bizdən üstün komanda olduğunu düşünürəm. Biz sadəcə oynayacağımız 6 matça köklənəcəyik.  Növbəti mərhələyə keçsək, həmin mərhələni fikirləşəcəyik”.


Qeyd edək ki, “Portu” ÇL-dək ilk oyununu öz meydanında sentyabrın 13-ü “Beşiktaş”a qarşı keçirəcək.

 

Tarix: 12 Sentyabr [18:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio