Qurban Qurbanov: "Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik"

01:13 - 13 Sentyabr 2017

Bu gün “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”yə 0:6 hesabıyla məğlub olub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.

Xəbər xətti