Premyer Liqa klubunda yeni baş məşqçi

12:28 - 13 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, London klubunun "sükanı arxası"na Roy Hocson keçib. 70 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Hocson bu postda Frank de Buru əvəz edib.

 

“Kristal Pelas” Premyer Liqanın geridə qalan 4 turunda qola və xala həsrətdi.

 

Əlavə edək ki, Hocsonun son iş yeri İngiltərə millisi olub.

Xəbər xətti