Rəşad Sadiqov: "Neftçi" üçün canımı qoymuşam"

"Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi" TV-yə  açıqlamasında deyib.

 

Millimizin sabiq üzvü “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini bildirib:

 

"Yeddi il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. 

 

Sadiqov Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib:

 

"Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv ab-havası gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.

 

Tarix: 13 Sentyabr [16:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio