"Qızıl ayaq" mükafatının namizədləri açıqlanıb

“Qızıl ayaq” mükafatını almağa namizəd 10 futbolçunun adı açıqlanıb.


Sportal.az xəbər verir ki, mükafat yaşı 28-dən az olmayan və futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim olunacaq.


Namizədlərin siyahısına Lionel Messi, Luis Suares (hər ikisi “Barselona”), Kriştiano Ronaldo, Serxio Ramos (“Real” M.), Manuel Noyer, Aryen Robben (“Bavariya”), İker Kasilyas (“Porto”), Tyaqo Silva (PSJ), Yaya Ture (“Mançester Citi”) və Andre Pirlo (“Nyu Yorks Siti”) daxildir.


Qalib səsvermə yolu ilə müəyyən olacaq. Mükafatın təqdim edilməsi mərasimi noyabr ayının 7-də Monakoda keçiriləcək.

 

Tarix: 13 Sentyabr [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio