Nuri Şahin: "Özümlə fəxr edirəm"

00:11 - 14 Sentyabr 2017

Peter Bos “Borussiya” (Dortmund) komandasının başına gəldikdən sonra yenidən uğurlu çıxış etməyə başlayan  Nuri Şahin “Sportbild” qəzetinə keçdiyimiz dönəmdə yaşadıqları ilə bağlı özəl açıqlamalar verib.


Sportal.az xəbər verir ki, türkiyəli oyunçu özü ilə fəxr etdiyini deyib: “Son iki ildə özümdən heç vaxt şübhə etmədim və zehni olaraq hər zaman güclü olmağa çalışdım. Özümlə fəxr edirəm, çünki başqası olsa idi, dağıla bilərdi”


Bu dönəmdə komandadan ayrılmaq istəyib-istəmədiyi ilə bağlı verilən suala yarımmüdafiəçi belə cavab verib: “Geridə qoyduğumuz ara transfer dönəmində bunu ciddi şəkildə düşündüm. Çünki start heyətdə oynaya bilmirdim.  Klubun rəhbəliyi ilə danışanda isə məni əldən buraxmaq istəmədiklərini bildirirdilər”.


Özünü komandanın aktiv parçası kimi hiss etdiyini deyən Nuri: “Bu yayın əvvəlindən bəri özümü komandanın aktiv parçası kimi hiss edirəm. Qalan şeylər öz-özünə gələcək”.

 

Xəbər xətti