U-21 millimizin yeni baş məşqçisi müəyyənləşdi

12:09 - 14 Sentyabr 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamız müvəqqəti olaraq Samir Ələkbərova tapşırılıb.

 

Sportal.az xəbər verir ki, AFFA Məşqçilər Komitəsinin təklifinə əsasən,  U-21 milli komandamızı Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlarda meydana Samir Ələkbərov çıxaracaq. 

 

Baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.

Xəbər xətti