“Qarabağ”ın futbolçularının “Çelsi” paylaşımları

13:23 - 14 Sentyabr 2017

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Çelsi”yə 0:6 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında matçla bağlı paylaşımlar ediblər. 

 

Yakub Jezniçak: “Yaxşı dərsdir, çünki bu Çempionlar Liqasıdır”.

 

Image result for jakub rzeźniczak chelsea

 

Dino Ndlovu: “Məğlubiyyət hər zaman pis təsir edir. Amma biz “Qarabağ”ıq. Biz uğursuz və məğlubiyyətlərə alışan komanda deyilik. İstədiyimizi göstərə bilməyəndə və inkişafı dayandırdığımız vaxt “Allah həmişə böyükdür” deyib yolumuza davam edəcəyik”.

 

Image result for dino ndlovu chelsea

 

Mahir Mədətov: “Bəzən qazanarsan, bəzən isə öyrənərsən”.

 

Image result for mahir madatov chelsea

 

Pedro Enrike: “Uğursuz nəticəyə rəğmən bu şounun bir hissəsi olmaq möhtəşəmdir. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Biz bir komandayıq, biz “Qarabağ”ıq. Amma rəqibin böyüklüyünü və oyun keyfiyyətini unutmamalıyıq”.

 

Image result for pedro henrique chelsea

 

Qara Qarayev: “Hər kəsə təşəkkür edirəm. Belə anlarda sizin dəstəyinizi hiss etmək möhtəşəmdir”.

 

Image may contain: 3 people, people smiling

 

Xəbər xətti