Milli komanda müharibə səbəbindən Malayziyada oynayacaq

14:56 - 14 Sentyabr 2017

Suriya və Avstraliya yığmaları DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyunu keçirəcəklər. Bu cütün qalibi isə Şimali və Mərkəzi Amerika zonasında (KONKAKAF) 4-cü yeri tutan milli ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, Suriya Avstraliyanı doğma meydanında deyil, Malayziyanın Malakka şəhərində qəbul edəcək. Buna səbəb isə Suriyanın müharibə şəraitində olmasıdır. Suriya seçmə mərhələ oyunlarını da bu şəhərdə keçirib.

 

Komandaların cavab matçı isə Sidney şəhərində keçiriləcək.

 

Qeyd edək ki, ilk oyun oktyabrın 5-də baş tutacaq. Cavab oyunu isə oktyabrın 10-da keçiriləcək.

Xəbər xətti