Millimiz Gürcüstanla iki yoxlama oyunu keçirəcək

16:56 - 14 Sentyabr 2017

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoxlama oyununun (sentyabrın 25-də və 27-də) keçirilməsi nəzərdə tutulub.

Xəbər xətti