PSJ-yə ikinci “Barselona”lı

18:24 - 14 Sentyabr 2017

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ Neymardan sonra daha bir “Barselona”lı oyunuçunu heyətinə qatıb.


Sportal.az xəbər verir ki, Paris təmsilçisi gələcəyin ulduzlarından biri olaraq göstərilən 15 yaşlı Kays Ruizi rənglərinə bağlayıb.


Gənc futbolçuyla 3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Ruiz 2015-ci ildə “Barselona”ya FİFA tərəfindən transferlərdəki qanunauyğunsuzluğa görə verilən cəzaya əsasən, komandadan göndərilməli olan futbolçulardan biri idi. Gənc ulduz “La Masia” futbol akadameyisına 7 yaşında qoşulub.

 

 

Xəbər xətti