Vengerdən Özil açıqlaması

19:18 - 14 Sentyabr 2017

Bu gün Avropa Liqasının yeni mövsümünün ilk oyunları çərçivəsində “Arsenal” “Köln”ü qəbul edəcək.


Sportal.az xəbər verir, “topçular”ın baş məşqçisi Arsen Venger oyunöncəsi mətbuat konfransında açıqlamalar verib.


Təcrübəli mütəxəssis Məsut Özillə bağlı danışıb: “31 avqustdan sonra Məsut Özillə görüşlərimizin sayı azalıb. Çünki fasilə vermişik və yalnız oyunlara köklənmişik. Yenə də ümid edirəm ki, Özillə yeni müqavilə imzalanacaq”.


Son zamanlar adı “Mançester Yunayted”lə hallanan yarımmüdafiəçinin mövsümün sonuna qədər hansı qərarı verəcəyi maraqla gözlənilir.


Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm London təmsilçisinin forması ilə 4 qarşılaşmada iştirak edib.

 

Xəbər xətti