I Divizionda limit dəyişdirildi

14:50 - 15 Sentyabr 2017

Futbol üzrə Azərbaycan Birinci Divizionunda limit dəyişdirilib. 

 

Sportal.az xəbər verir ki, bu barədə “Report”a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

 

Onun sözlərinə görə, 2017/2018 mövsümü üçün limit 6+2+3 (6 Azərbaycan vətəndaşı + 2 legioner + 3 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) formatında olacaq.

 

Qeyd edək ki, ötən mövsüm Birinci Divizionda limit 4+2+5 (4 Azərbaycan vətəndaşı + 2 legioner + 5 1994-ci il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) şəklində idi.

Xəbər xətti