Koke: "Bizi Azərbaycana çətin səfər gözləyir"

15:41 - 15 Sentyabr 2017

"İtaliyada "Roma"ya qarşı keçirdiyimiz matçda hesabı açmaq üçün çox çalışdıq. Lakin buna ya rəqibin müdafiəçiləri, ya qapıçısı, ya da qapı tiri mane oldu. "Roma"ya qarşı yaxşı oynasaq da, bu, qələbə qazanmaq üçün kifayət etmədi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko"nun futbolçusu Koke deyib.  

 

Madrid təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Roma" ilə qolsuz heç-heçə edib. Oyun barədə yerli mətbuata açıqlama verən İspaniya millisinin üzvü fikirlərini bildirib. O, qələbə qazanmadıqları üçün təəssüfləndiyini deyib: "Əlbəttə ki, əsas istəyimiz qələbə qazanmaq idi. Dediyim kimi, qol vurmaq üçün çox çalışdıq. Qrup mərhələsinə qələbə ilə başlamaq bizim üçün əla olardı.Təəssüflər olsun ki, qələbə qazana bilmədik".

 

25 yaşlı futbolçu qrup mərhələsinin növbəti oyunları barədə də danışıb: "Əsas məqsədimiz qrupdan çıxmaqdır. Bunun üçün qarşıdakı oyunlarda yaxşı nəticə qazanmnalıyıq. Bizi "Roma" və "Çelsi" ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir”.

Xəbər xətti