ŞOK İDDİA: "Qarabağ"ı qrupda Kollina saxlayıb?

16:49 - 15 Sentyabr 2017

Məşhur türkiyəli jurnalist Meriç Müldür DÇ-2018-in seçmə mərhələsində baş tutan Ukrayna - Türkiyə (2:0) matçı barədə geniş yazı yazıb. Qardaş ölkədən olan həmkarımız mübahisəli epizodlardan sonra qollar vuran Ukraynanın qələbəsində hakim səhvlərinin təsadüf olmadığını vurğulayıb.

 

Sportal.az xəbər verir ki, Meriç Müldür FİFA Hakimlər Komitəsinin sədri və UEFA-nın bayrağı altında keçirilən matçlara hakimlərin təyinatına cavabdeh olan Pyerluici Kollinanı günahlandırıb. Müldür 2010/2017-ci illərdə Ukraynada çalışan Kollinanın bu ölkənin milli komandasına və klublarına kömək etdiyini qeyd edib:

 

"Hər mövsüm Ukraynanın bir klubunun avrokuboklarda önü açılır. Ukrayna lobbisinin təsiri çox güclüdür. UEFA-nın vitse-prezidenti Qreqoris Surkis “Dinamo” (Kiyev) və Ukrayna Futbol Federasiyasının fəxri-prezidentidi. Millimiz Ukraynaya hakimin 2 biabırçı səhvinə görə uduzsa da, elə rəzil oyun sərgilədi ki, bu mövzü çikinci planda qaldı. Ukraynanı çox yaxşı tanıyan Mirça Luçeskunun ispaniyalı referi Barabalana dediyi sözlər isə diqqət çəkirdi.

 

Kollina 2010-cu ildən etibarən Ukrayna Futbol Federasiyasında işləməyə başlayarkən bu ölkənin millisi, "Şaxtyor", "Dinamo", "Şaxtyor", "Dnepr" və "Metalist" ev oyunlarında inanılmaz performans sərgiləyirlər.

 

Keçmişdə "Şaxtyor" Avropa Liqasını qazandı. "Dnepr" isə 2014/15 mövsümündə finala qədər irəlilədi. 2011/12-ci illərdə isə "Metallist" 1/4 finala qədər irəliləmişdi. Bəlkə də o bu il "Dinamo" xeyli irəliləyəcək.

 

Kollinanın işi 2017-ci ildə başa çatır və Ukrayna klublarının performansında geriləmə müşahidə edilir.

 

Diqqət çəkən bir məqam isə "Dnepr"in 3 mövsüm əvvəl finala çıxmasına baxmayaraq, zəifləyərək aşağı liqaya düşməsi oldu.

 

AÇ-2012-də Ukrayna - İngiltərə matçında Ukraynanın əleyhinə səhv edən Viktor Kaşşai turnirdən uzaqlaşdırıldı. Yəni ki, Kaşşai Ukraynaya böyük zərbə vurdu və Kollinanın qəzəbinə tuş gəldi.

 

Ötən mövsüm "Beşiktaş"ın Kiyev "Dinamo"suna səfərdə 6 qolla uduzmasında da bir çox səhvlər var idi. Hakim həmin görüşdə "qara qartallar"ın yolunu kəsmişdi".

 

Qeyd edək ki, Avropa Liqasının 2014-15 mövsümündə qrup mərhələsinin son turunda “Qarabağ” doğma divarlar arasında “İnter”ə son dəqiqədə qol vursa da, hakim Miroslav Zelinka təmiz qolu qeydə almamışdı. Həmin kobud səhvin sayəsində növbəti mərhələyə “Dnepr” adlamışdı.

Xəbər xətti