Tərlan Əhmədov: "Əlini sıxıb halallığını alacağam" MÜSAHİBƏ

17:57 - 15 Sentyabr 2017

"Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.
 
Sportal.az
xəbər verir ki, Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- Elxan Abdullayev nələr qoyub gedib? 

- Elxan Abdullayevə təşəkkür edirəm. Hər şeyi onun üstünə yıxmaq olmaz. Komandada çatışmazlıqlar çoxdu. Futbolçularda özünəinam azdı. Hər məşqdə onlarda inamı qaytarıram. Futbolçularda bir-birinə qarşı da inamsızlıq var. Komanda yoldaşlarını qəbul etmirlər. Yerlilər bir, legionerlər başqa qruplaşmadı. Bunları aradan qaldırmağa çalışırıq. Zamana ehtiyacımız var. Fiziki durum çox da pis vəziyyətdə deyil. Amma tam olaraq komanda çempionata hazır deyil.

 

- Vəzifəyə təyin olunduqdan sonra Elxan Abdullayevlə əlaqə saxladız?
- Bir-iki dəfə cəhd elədim. Amma zəng çatmadı. Yəqin ki, oyundan sonra əlaqə saxlayacağıq. Əlini sıxıb halallığını alacağam.

 

- Mətbuatda belə xəbərlər var ki, fiziki hazırlıq üzrə məşqçini göndərmək istəyirsiz.
- Çox şey yaza bilərlər. Heç vaxt kin saxlayan insan olmamışam. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Sadəcə olaraq burda bir məqam var. "Neftçi" Azərbaycan futbolunun tarixidi. Qız Qalası, Şirvanşahlar sarayı kimi. Burda həmişə dahi futbolçular, məşqçilər olub. Kalesnikovun böyük təcrübəsi yoxdu. Mən də çalışıram ki, fiziki cəhətdən problem varsa, daha səviyyəli məşqçi dəvət olunmalıdı. Yaxın müddətdə fiziki hazırlıq üzrə məşqi dəyişikliyi olacaq. Amma hələ ki, Kalesnikov öz vəzifəsindədi. Başqa məşqçilərlə danışıqlar aparırıq.

 

- Büdcə ilə bağlı AZAL-da çox fərq var..
- Yerlə göy qədər fərq var. Heç bir narazılıq ola bilməz. Məni büdcə maraqlandırmır. Mənim tələblərim başqadı. Nə qədər mülayim olsam da, sərt qərarlarım olur. İşdə məsuliyyətsizliyi bağışlamıram. Bu məsələdə məndə insaf yoxdu.

 

- "Neftçi"yə gəldiyiniz ərəfədə adınız U-21 millimizlə də hallandı.
- Xeyr, heç bir danışığımız olmayıb. Mən də mətbuatdan oxudum. Bu məsələ ümumiyyətlə gündəmdə olmayıb.

 

- Özünüz müdafiəçi olmusuz. Bu gün "Neftçi"nin müdafiəsi sizi qane edir?
- Məğlubiyyətdə pay sahibə tək müdafiəçilər deyil. Hamı məsuliyyət daşıyır. Müdafiə hücumdan başlayır. İnamsızlıq qlobal problemə çevrilib. 4 gündür ki, oyunları izləyirəm. Komandanın oyununda xəttlər arası anlaşma yoxdu. Müdafiədə də, orta xətdə də, hücumda da problem var. Rəşadı ona görə dəvət etdim ki, müdafiə ilə yarımmüdafiə arasındakı boşluğu dolduraq. Uzun marafonlu yarışı qazanmaq istəyirsənsə, müdafiən mühkəm olmalıdı.

 

- Vaqif Cavdov, Ruslan Əmircanov, Rail Məlikov "Neftçi"yə gələ bilrə?
- O barədə düşnmürəm. Qışa qədər əsas məqsəd xal ehtiyatımızı artırmaqdı. Ruslan və Vaqif haqda da mənə deyilib. Amma qışa qədər belə planımız yoxdu. Qarşımıza məqsədlər qoymuşuqsa, yüksək ödənişli futbiolçular transfer etməliyik. Komandaya havayı futbolçu yox, güclü oyunçular cəlb etməliyik.

 

- Azad agent statusu daşıyan millimizin üzvü Emin Mahmudovun transferi nə yerdədir?
- Emin Mahmudov söhbəti bağlanmayıb. Millimizin üzvüdü. Hər birimiz çox istəyirik ki, o, futbolsuz qalmasın. Bizə uyğun oyunçudu. Klubda görmək istəyirəm. Bu məslə ilə klub rəhbərliyi məşğuldu. Bu gün məşqimizdə iştirak edəcək. Dünənki məşqdə də hiss olundu ki, fiziki durumu yaxşı deyil.

 

- Qarşınızda hansı məqsəd qoyulub?
- Qışa qədər çox xal qazanmağa çalışacağıq. Qışdan sonra yeni futbolçular cəlb edəcəyik. Çalışacağıq ki, əvvəlki, "Neftçi"də olduğu kimi heyətimizə səviyyəli futbolçular cəlb edək. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Bütün problemərin məsuliyyəti mənə həvalə edlib.

 

- Böyükağa Hacıyev deyir ki, uğur resepti məndədi. Ondan həmin resepti aldız?
- Əvvəla Böyükağa müəllimə Allah şəfa versin. İkincisi də heç bir danışığımız olmayıb.

 

- "Ziə" ilə oyunda heyətdə dəyişiklik olacaq?
- 3-4 dəyişikik olacaq. Rəşadı start heyətdə görəcəksiz. Rəşad Sadiqov bitmiş futbolçu deyil. Cəmi 1 ay yarım futboldan uzaq qalıb. Rəşadın təcrübəsi bizə fayda verəcək. Məsələn, zədəli olsa da Rəşad Sadıqovun meydanda olması "Qarabağ"a çox xeyir verir.

 

- "Zirə" il oyunda hansı nəticə sizi qane edəcək?
- Biz meydana 3 xal üçün çıxacağıq. 

 

- "Neftçi"nin heç vaxt "Zirə"ni məğlub etmədiyinizi bilirsiz?
- Bəli, xəbərim var. Sabah hər şeyi görəcəksiz. Ötən 4 aydan fərqli olaraq daha istəkli "Neftçi" görəcəksiz.

 

- "Neftçi" 2012/2013-cü il mövsümündə rəhbərliyiniz altında 10 oyunda 21 xal toplamışdı. İndi də bu mümkündü?
- O vaxtla indi arasında çox fərq var. Komandanı yaxşı tanıyırdım. İndi isə cəmi 5 gündü komanda ilə bir yerdəyəm. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm.

 

- Futbolçulara uğursuzluğa görə cəza nəzərdə tutulub?
- Bəli, tək uğursuzluğa görə yox, bütün məsələlərdə cəzalarla bağlı kodeksimiz hazırdı. Futbolçu yüksəsk məbləğdə maaş alırsa, cəzalara hazır olmalıdır.

Xəbər xətti