AFFA-dan "Qarabağ"ın oyununa bilet alanlara güzəşt

18:46 - 15 Sentyabr 2017

Bakı Olimpiya Stadionunda senytabrın 27-də  Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçmə  mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” klub birgə layihə həyata keçirəcək.

 

Sportal.az xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqasında ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək.  

 

“Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyununa bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.

 

Qeyd edək ki, hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.

Xəbər xətti