“Benfika” sabiq futbolçusuna təklif göndərib

22:46 - 15 Sentyabr 2017

Portuqaliya Super Liqasında mübarizə aparan “Benfika” sabiq futbolçusu Simau Sabrozanı klubun beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirmək istəyir.


Sportal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, artıq “Benfika” karyerasını Hindistanın “Nort-İst Yunayted” klubunda sonlandıran Sabrozaya öz təklifi göndərib.


Simaunun gələn təklifə müsbət yanaşdığı bildirilir.Tərəflər arasında danışıqlar yekunlaşdıqdan sonra klubun rəsmi açıqlama verəcəyi gözlənilir.


Xatırladaq ki, Simau Sabroza 2001-2007-ci illər arasında “qartallar”ın şərəfini qoruyub.


Qeyd edək ki, “Benfika” klubu daha əvvəl bu vəzifəyə əfsənəvi oyunçularından biri Nuno Qomeşi gətirmək istəsə də, o bu təklifi qəbul etməmişdi.

 

Xəbər xətti