Avroliqada ilk turun ən yaxşı oyunçusu məlum oldu

Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.


Sportal.az  xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Styaua"nın (Rumıniya) yarımmüdafiəçisi Konstantin Budesku ən yaxşı oyunçu seçilib. 
O, 46 faiz səs toplayıb. Aleksandr Kokorin ("Zenit") 23 faiz səslə ikinci, Andre Silva ("Milan") 19 faiz səslə üçüncü olub.


Sonrakı yerləri Saman Qoddos ("Ostersun", 7 faiz), Aleksis Sançes ("Arsenal", 3 faiz), Alexandro Qomes ("Atalanta", 1 faiz) və Dieqo Lyorente ("Real Sosyedad", 1 faiz) tutub. Memfis Depay ("Olimpik", Lion) isə səslərin heç 1 faizini də qazana bilməyib.


Qeyd edək ki, ilk turun ən yaxşısı seçilən Budesku Çexiyanın “Viktoriya” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubla imza atıb.

 

Tarix: 15 Sentyabr [23:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio