“Arsenal” “Mançester Yunayted”i təqlid etməlidi” – Con Hartson

00:30 - 16 Sentyabr 2017

Con Hartson sabiq klubu “Arsenal” haqqında “Daily Star”a danışıb.


Sportal.az xəbər verir ki, Hartson “topçular”ın İngiltərə Premyer Liqasında işinin çətin olduğunu vurğulayıb:
“Arsenal”ın turnir cədvəlinin ilk 4 pilləsinin birində qərarlaşması müəmmalıdı. “Mançester Yunayted” və “Liverpul” transferlərə çox pul xərclədi. Keçən mövsümün çempionu “Çelsi” və Joze Mourinyolu “Mançester Yunayted” favoritlər arasındadı”.


Con Hartson açıqlamasında “Arsenal”ın “Mançester Yunayted”dən nümunə götürməli olduğunu deyib: 
“Arsenal” Avropa Liqasını qazanaraq Çempionlar Liqasına yüksələ bilər. London klubu Avropa Liqasına ciddi yanaşmalıdı”.


Qeyd edək ki, Con Hartson 1995-1997-ci illər arasında “Arsenal”da çıxış edib. O, “topçular”ın forması ilə 51 matçda oynayıb və 12 qol vurub.

 

Xəbər xətti