İngiltərə mətbuatı "Qarabağ" haqda videoçarx hazırladı VİDEO

01:15 - 16 Sentyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər və videolar paylaşılır.
 
Sportal.az xəbər verir ki, məsələyə biganə qalmayanlarda biri İngiltərənin “Copa90" nəşri olub. "Youtube" kanalında "Qarabağ" barədə geniş məlumat verən nəşr təmsilçimizin 1993-cü ildən – Ağdamın işğalından sonra köçkün həyatı yaşamasından xəbər verib. Həmçinin təmsilçimizin ev oyunlarını doğma şəhərindən kənarda - paytaxtda keçirdiyi qeyd olunub. Həmkarlarımız Ağdam klubunun son illərdəki uğurlarından da bəhs edib.

 

Həmin videonu təqdim edirik

 

Xəbər xətti