"İnter" - "Sumqayıt" oyununda heç-heçə, "Neftçi"dən növbəti məğlubiyyət YENİLƏNİB

20:57 - 16 Sentyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

 

Turun ilk oyunu "İnter Arena"da keçiriləcək. Meydan sahibi "İnter" Sumqayıtın eyniadlı komandasını qəbul edəcək. 4 turdan sonra aktivində 6 xal olan komandaların dueli saat 16:30-da start götürəcək.

 

Günün son oyununda isə "Neftçi" "Zirə"ni qəbul edəcək. Tərlan Əhmədovun baş məşqçi postuna təyin olunmasından sonra ilk matçına çıxacaq "ağ-qaralar" "Zirə" üzərində ilk qələbəsini qazanmağa çalışacaq. "Bakcell Arena"da baş tutacaq görüş saat 19:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

V tur

16 sentyabr (şənbə)

 

16:30. “İnter” - “Sumqayıt” - 1:1
Qollar: 
Sertan Taşkın, 11 - Rəşad Eyyubov, 49

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”

 

19:00. “Neftçi” - “Zirə”  1:2

Qol: Uqo Barqas, 53Vüsal İsgəndərli, 17, Riçard Qadze, 52

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”

Xəbər xətti