Brendan Rocers: "Qarabağ"ı kimsə buna görə günahlandıra bilməz"

12:55 - 16 Sentyabr 2017

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Brendan Rocers Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, o, böyükhesablı məğlubiyyətin səbəbini klublar arasındakı büdcə fərqində görüb.

 

Rocers söhbəti zamanı Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ”ı da misal göstərib:

 

“Siz elə bilirsiz ki, belə klublara qarşı oynamaq asandır. PSJ-nin ən ucuz futbolçusunun 40 milyon avro transfer qiyməti var. “Qarabağ”a baxın. “Çelsi”yə 0:6 hesabı ilə uduzdu. Azərbaycan klubunu kimsə buna görə günahlandıra bilməz. Belə komandalarda 2-3 üst səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Amma bu da hər zaman yaxşı alınmır”.

Xəbər xətti