Qaret Berri Qiqqzin rekorduna şərik olur

14:20 - 16 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Bromviç”in şərəfini qoruyan Qaret Berri önəmli bir rekorda şərik olmağa hazırlaşır.


Sportal.az xəbər verir ki, əgər 36 yaşlı yarımmüdafiəçi bu gün “Vest Hem”ə qarşı keçiriləcək qarşılaşmada iştirak edərsə, bu onun Premyer Liqadakı 632-ci matçı olacaq və çempionat tarixində ən çox oyun keçirmiş Rayan Qiqqzin rekorduna çatacaq.


Qeyd edək ki, peşəkar karyerasına “Aston Villa”da başayan Berri “Birmingem”in heyətində 365 oyun keçirib. Yarımmüdafiəçi “Mançester Siti” klubu ilə 1 dəfə çempionluq yaşayıb və “şəhərlilər”in forması ilə 132 oyun keçirib. Daha sonra “Everton”a transfer olan Berri “mavilər”in heyətinda 131 matçda forma geyinib. Son olaraq, Premyer Liqa əfsanəsi 2017-ci ilin yayında 800 min funt sterlinq qarşılığında “Vest Bromviç”ə keçib.

 

Xəbər xətti