Rusiya klubu Samirə ehtiyac duymur

00:56 - 17 Sentyabr 2017

Rusiya 1-ci divizionunda 14-cü turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” səfərdə “Kuban Krasnodar” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Fakel" geridə qalan turlarda topladığı 12 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti