Kamran oynamadı, komandası qalib gəldi

00:31 - 17 Sentyabr 2017

Futbol üzrə Çexiya çempionatında 7-ci turun oyunları keçirilib.


Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv səfərdə “Slovaçko” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ayrılıb - 1:0.


Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə ehtiyatda qalıb.


Geridə qalan turlarda 7 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.

 

Xəbər xətti