Millimizin üzvü zədələndi

11:13 - 17 Sentyabr 2017

Millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda 9-cu turda Paşayevin sabiq klubu olan "Stal"ı qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

P.Paşayev start heyətdə meydana daxil olub. Ancaq o, 28-ci dəqiqədə zədələndiyi üçün Sergey Starenkiylə əvəzlənib.

 

Qeyd edək ki, "Aleksandriya" 9 turdan sonra 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti