"Qarabağ" "Kəpəz"i, "Qəbələ" "Səbail"i məğlub etdi YENİLƏNİB

22:57 - 17 Sentyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki,gün ərzində iki oyun baş tutacaq. Hər iki matç Bakıda keçiriləcək.

 

Günün ilk görüşündə "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

Tura "Dalğa Arena"da yekun vurulacaq. Burada meydan sahibi "Səbail" "Qəbələ"ni qəbul edəcək. Bu matçın start fiti saat 21:00-da səslənəcək.

 

17 sentyabr (bazar)

Topaz Premyer Liqası, V tur

 

18:30. “Qarabağ”- “Kəpəz” 2 - 0

Qollar: Coşqun Diniyev, 34, Dani Kintana, 80
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

 

21:00. “Səbail” - “Qəbələ” 1 - 3

Qol: Vüqar Nadirov 55 // Baqali Dabo 42, 90+3; Asif Məmmədov 60

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
“Dalğa Arena”, 21:00 

Xəbər xətti