"Qarabağ"ın rəqibi 3 xalı 3 qolla qazandı VİDEO

11:54 - 17 Sentyabr 2017

Futbol üzrə İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Roma” da növbəti matçına çıxıb.

 

Paytaxt təmsilçisi doğma meydanda “Verona” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda darmadağınla qalib gəlib – 3:0.

 

Bu qələbədən sonra “canavarlar” xallarının sayını 6-ya çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qarabağ”ın “Roma” ilə ilk oyunu sentyabrın 27-də Bakıda baş tutacaq.

Xəbər xətti