Fərid Nəbiyev "Slaviya"ya qələbə qazandırdı

14:13 - 17 Sentyabr 2017

Çexiya gənclər liqasında VI turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Praqanın "Slaviya" klubunun 19 yaşlılardan ibarət komandası növbəti ev oyununu keçirib. 

 

19 yaşadək futbolçlardan ibarət milli komandamızın kapitanı Fərid Nəbiyevin formasını geyindiyi paytaxt təmsilçisi "Banik"lə qarşılaşıb. Buna qədər "Slaviya"nın 21 yaşlılardan ibarət komandasının heyətində 2 oyun keçirən Nəbiyev, baş məşqçisinin etimadını qazanıb və onun istəyi ilə U-19 komandasına kömək üçün göndərilib.

 

Perpektivli futbolçu Ostrava təmsilçisinə qarşı keçiriən matçda 90 dəqiqə meydanda olub və komandası 1:0 hesblı qələbəyə sevinib. Qələbədə Nəbiyevin rolu böyük olub. Belə ki, Fərid oyunun sonuna 4 dəqiqə qalmış komanda yoldaşı Sinteanı qapıçı ilə təkbətək çıxarıb və ikinci əlinə düşən şansı qaçırmayıb. 

 

Bu qələbədən sonra "Slavia" xallarının sayını 12-ə çatdırıb və turnir cədvəlində 8-ci pilləyə yüksəlib. 

 

Qeyd edək ki, Fərid sabah U-21-in heyətində "Dukla" ilə səfər qarşılaşmasında da iştirak edəcək. 

Xəbər xətti