"Barselona"nın yeni transferi uzun müddətlik sıradan çıxdı

16:25 - 17 Sentyabr 2017

İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. 

 

Sportal.az xəbər verir ki, La Liqanın IV turunda "Hetafe" ilə səfər matçında zədə alan Usman Dembelenin durumunun ciddi olduğu müəyyənləşib. İspaniya mətbuatının yaydığı xəbərə görə, katoloniyalıların yeni transferi bu gün tibbi müayinədən keçib və onun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. 

 

Qeyd edək ki, Dembele yay transfer dönəmində 105 milyon avro qarşılığında "Borussiya"dan (Dortmund) "Barselona"ya transfer olunmuşdu.

Xəbər xətti