Dibala "Yuventus"a qələbə qazandırdı VİDEO

17:09 - 17 Sentyabr 2017

İtaliya A Seriyasında 4-cü turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Yuventus" səfərdə "Sassuolo" ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Turin klubunun heyətində Paulo Diabal het-trik etməklə matça damğa vurub.

 

"Yuventus" 12 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik olan "İnter" 2-ci yerdə qərarlaşıb. "Sassulo" 1 xalla 18-cidir.

 

"Sassuolo" 1 - 3 "Yuventus"

Qollar: Matteo Politano, 51 - Paulo Dibala, 16, 49, 63

 

 

Xəbər xətti