Şahin Diniyev: "Ağır yükün altına girmişəm" MÜSAHİBƏ

20:45 - 17 Sentyabr 2017

Topaz Premyer Liqasının 5-ci turunda "Qarabağ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev məğlubiyyəti şərh edib:

 

- "Qarabağ"a qarşı açıq futbol oynamaq mümkündsüzdü. Bu gün "Qarabağ"ın əsas futbolçuları meydanda idi. Komandam taktiki cəhətdən yaxşı oynadı. Belə oyunlarda kiçik səhvlərdən istifadə edə bilən komandalar qələbə qazanır. "Qarabağ" qələbəyə layiq idi. Biz 1 xal üçün meydana çıxmışdıq. Oyunu əks hücumlar üzərində qurmuşduq. "Qarabağ" çox güclüdü. Təkcə Azərbaycan çempionatında yox, Avropanın top komanadlarına qarşı da yaxşı oynayır. Yeni komandayıq. Bizə vaxt lazımdır. Gələcəkdə daha yaxşı oynayacağıq. Komandamın potensilalına, futbolçularıma inanıram.

 

- Bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdiz. Bu nə ilə bağlı idi?
- Cinah yarımmüdafiəçilərini standart vəziyyətlərdə dəyişirdik. Oyun ərzində müəyyən yerdəyişmələrin olması normaldı.

 

- Son zamanlar uduzan komandaların baş məşqçiləri oyundan razı qalır, şablon fikirlər səsləndir. Siz də deyirsiz ki, oyundan razı qaldım. Amma bu gün hücumçularınız çox oyundan kənar vəziyyətlərə düşür. Bunun səbəbi nədir?
- Çox gözəl sualdı. Səbəb komandanın yenidən qurulmasıdı. Birdən birə 16 futbolçunun dəyişməsi xəttlər arasında anlaşmanın zəifləməsinə səbəb olur. Bizim əsas heyətdə oynayan futbolçulara baxın. Azər Məmmədov, İlkin Sadıqov I Diviziondan gəlib. Kamran Abdullazadə, Sergey Çernışev uzun zamandı oynamırdı. Bunları da nəzərə almaq lazımdı. Zamana ehtiyacımız var. "Kəpəz" iddialı komanda olacaq. Gəncə azarkeşləri qələbələrə layiqdi. 

 

- Belə çıxır ki, "Kəpəz" potensialına uyğun yerdədi?
-  Son iki oyunda komandamda inkişaf görürəm. 

 

- "Sumqayıt" mövsüm bitən kimi transfer fəaliyyətinə başladı. "Kəpəz" isə heyətə yeni futbolçular cəlb etməyə çox gec başladı. Bu komandanızın uğurzsuz çıxış etməyinizə səbəb ola bilər?
- İlk növbədə məsuliyyət mənim üzərimdədi. Heç vaxt büdcədən narazı olmamışam. Ağır yükün altına girmişəm. Bundan boyun qaçırmaq fikrində də deyiləm. Büdcəmiz azdı. Reallıq budu. Büdcəmiz çox olsa, 100 minlik, 80 minlik futbolçu transfer edərik. Amma bu gün belə futbolçular transfer edə bilmirik. Amma mən günahı rəhbərliyin üzərinə atmıram. Məsuliyyətdən qaçmıram.

 

- Kərimi çox istəyirsiz, yoxsa Coşqunu?
- Heç birini. Keçən dəfə bizə qol vuranda demişdim evə gəlmə. Bu dəfə dedim, burnundan gəlsin. Elə bir zərbə vurdu ki, sanki 20 ildir dusdaqxanada saxlayıram (gülür).

Xəbər xətti