Samir Əliyev: "Qarşımıza böyük məqsədlər qoyulmayıb" MÜSAHİBƏ

23:34 - 17 Sentyabr 2017

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Səbail” evdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev oyunla bağlı fikirlərini bildirib:

 

- Minumum 1 xal üçün çıxmışdıq. Böyük fasilə yaranmışdı, oyun praktikası baxımdan əziyyət çəkirdik. Ustalıq səviyyəsi öz sözünü dedi.

 

- “Qarabağ” və “Qəbələ”də səviyyə fərqi dediyiniz kimi bilinir. Bəs, digər klublara qarşı yaxın gələcəkdə planlarınız nədi?

- Problemlərimiz çoxdu. Sıfırdan yaranmış komandadı. Heyətdə problemlərimiz var, vaxt lazımdı. Qarşımıza böyük məqsədlər qoyulmayıb. Heyətimiz genişdi, yeni oyunçulara şans verəcəyik.

 

- "Qəbələ"nin çalışdırıcsı Roman Qriqorçuk hakimlikdən şikayətləndi. Siz referilərin idarəçiliyindən razısınız?

- Bu haqda ancaq videotəkrardan sonra demək olar. Məncə, kobud səhvə yol vermədilər.

 

- Əgər yaş limiti olmasaydı, Pərviz Qaraxanovu əvəz edərdiniz?

- Çox güman ki, növbəti matçda dəyişiklik edəcəm. 

Xəbər xətti