Eddisiz "Ximnastik" ilk qələbəsini qazandı

00:59 - 18 Sentyabr 2017

İspaniya Sequndasında 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Ximnastik" doğma meydanda “Albasete” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

İlk qələbəsini qazanan "Ximnastik" 5 oyuna cəmi 4 xal toplayıb və hazırda 22 kollektiv arasında 20-ci pillədə qərarlaşıb.

Xəbər xətti