Tounkara "Zirə"yə "Neftçi" üzərində qələbə qazandırdı

00:24 - 18 Sentyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Neftçi” “Zirə” ilə qarşılaşmada minimal hesabla məğlub olub. “İnter” - “Sumqayıt” oyununda isə qalib müəyyənləşməyib.

 

Əvəzedicilərin çempionatı
5-ci tur

 

"Neftçi" – "Zirə" 0:1
Qol:
Sadio Tounkara, 49.
Binə qəsəbə stadionu.

 

"İnter" – "Sumqayıt" 1:1
Qollar:
Əlibəy Məmmədli, 34-pen. - Xəzər Mahmudov, 78.
Bakı. “İnter Arena”.

Xəbər xətti