Cavid Hüseynov: "Bizim üçün hər oyun çətin keçir" MÜSAHİBƏ

00:12 - 18 Sentyabr 2017

Topaz Premyer Liqasının V turunda "Qəbələ" səfərdə "Səbail"i məğlub edib 1:3. Oyundan sonra jurnalistlərə müsahibə verən "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov Sportal.az saytının da əməkdaşının suallarını cavablandırıb: 

 

- Çempionatda növbəti 3 xalınızı 3 qolla qazandınız. Qarşılaşma barədə fikirlərin necədi?

- Bizim üçün hər oyun çətin keçir. Hazırda çempionatda zəif rəqib olmadığı üçün bu oyun da gərgin oldu. Şükürlər olsun ki, əzmkarlığımız sayəsində qələbə qazandıq. Oyundan-oyuan çalışırıq ki, daha da artıraq, inkişaf edək. Ümid edirəm ki, hər şey yaxşı olacaq. 

 

- Oyunun gedişi zamanı zədələndin. Vəziyyətin necədir?

- Ciddi bir prblem deyil. Damarımda dartınma oldu və risk etmək istəmədik. 

 

- Komandanız çox zəif çıxış etdi. Ümumiyyətlə, "Qəbələ" debütanta qarşı belə oynamalıdı?

- Əlbəttə ki, yox. Sadəcə, son zamanlar o qədər də yaxşı formada deyilik. Hər oyun vəziyyəti yaxşıya doğru dəyişməyə çalışırıq. Əsas nəticədi və bu olandan sonra öz oyunumuzu tapacağıq. 

 

- Bu gün özünə yad olan mövqedə, bir az arxada oynadın. Çətin deyildi?

- Oyuna başlayanda irəlidə mübarizə aparırdım. Elə vəziyyətlar yarandı ki, topla təmasa az girdim və arxa xəttə oynamağa məcbur idim. 

 

- Ümumiyyətlə, Nika Kvekveskiri gedəndən sonra onun boşluğunu doldurmaqda çətinlik çəkirsiniz. Bu fikirlə razısan?

- Nika yaxşı futbolçu idi, əla texnikası vardı. Düşünürəm ki, o, hər bir komandada oynamağa qadir futbolçudu. Amma seçim etdi və komandamızı tərk etmək qərarına gəldi. Biz vəziyyəti dəyişə bilməzdik.

 

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Həmin oyun haqda düşüncələrin necədir?

- Hamı bilir ki, "Neftçi"yə yeni baş məşqçi gəlib. Hiss olunur ki, komanda bacardığı qədər irəliləmək istəyir. Düzdü, onlar üçün nəsə əldə etmək tezdi. Evdə oynayacağıq və qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. 

Xəbər xətti