Hümbətov oynamadı, komandası xal itirdi

00:29 - 18 Sentyabr 2017

Futbol üzrə Makedoniya çempionatında 5-ci turun oyunları keçirilib.


Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv doğma meydanda “Akademiya Pandev”lə qarşılaşıb. 


Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Tural matçın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, “Pobeda” geridə qalan turlarda cəmi 5 xal qazanıb və 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti