"Qarabağ"dan daha bir yenilik

12:46 - 18 Sentyabr 2017

“Qarabağ” daha bir yenilik tətbiq edir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu KİV əməkdaşlarının daha səmərəli və praktik fəaliyyətini nəzərə alaraq, avrokuboklarda media mənsubları üçün mövsümlük akkreditasiya qeydiyyatı elan edir.

 

Cari mövsümdə akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi xahiş olunur:

 

1. Oyuna akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri ala bilərlər.
2. Qeydiyyatdan keçmək üçün sentyabrın 21-i saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsi və şəxsi fotosunu (həcmi 0.5 MB-dən az olmayan) [email protected] elektron adresinə göndərilməsi xahiş olunur. Göndərdikləri zaman yazılı mətbuatdırsa, qarşısına PRESS, fotoqrafdırsa FOTO, televiziya əməkdaşıdırsa TV yazmağı rica olunur.
3. PFL qeydiyyatı olmayan fotoqraflar isə “FOTO” akkreditəsi əldə etmək üçün iş vəsiqəsi və şəxsi fotosunu göndərməlidir.
4. Hər bir KİV-dən maksimum 2 (1 PRESS (TV) + 1 FOTO) nəfər qeydiyyatdan keçə bilər.
5. Qeydiyyat zamanı yerlərin məhdud olduğunu nəzərə alaraq, 2016-17-ci illər mövsümü üçün PFL-dən qeydiyyatdan keçən media mənsublarına üstünlük veriləcək.
6. Göndərdiyiniz emaildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız.
7. Akkreditasiyaların verilmə tarixi və yeri haqda məlumat veriləcək.

Xəbər xətti