"Zirə"dən 10-cu səfər qələbəsi

13:42 - 18 Sentyabr 2017

“Zirə” Azərbaycan çempionatlarında 10-cu səfər qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə klubu bu yubileyə “Neftçi” ilə paytaxt derbisində çatıb. 2:1 hesablı qələbə qazanan zirəlilər bunadək rəqib meydanlarında 9 dəfə 3 xal qazanmışdı.

 

10-cu səfər zəfəri 35-ci görüşə təsadüf edib. Bakılılar rəqib meydanında 13 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdəki top fərqində tarazlıq hökm sürür – 32:32. (PFL)

Xəbər xətti