"Arsenal" hücumçusunu itirdi

13:57 - 18 Sentyabr 2017

"Arsenal"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Denni Uelbek sıradan çıxıb.

 

İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində "Çelsi" ilə matçın 73-cü dəqiqəsində (0:0) zədələnən futbolçu oyunu davam etdirə bilməyib.

 

"Sky Sports"un yaydığı məlumata görə, "topçular"ın baş məşqçisi Arsen Venger qasıq nahiyəsindən zədələnən 26 yaşlı forvardın durumunun ciddi olduğunu bildirib.

Xəbər xətti