AFFA qərarını dəyişdi: "Şahdağ" I Divizionda oynayacaq

14:29 - 18 Sentyabr 2017

AFFA və PFL-in birgə komissiyasının Qusarın "Şahdağ" klubuna I Divizionda oynamaq üçün icazə verməməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, şimal bölgəsi təmsilçisi bu qərardan narazı qalıb və çempionatda iştirak etmək üçün AFFA ilə danışıqlarını davam etdirib. Əldə etdiyimiz məlumata görə, "Şahdağ" rəhbərliyi AFFA rəsmiləri ilə görüşüb.

 

Görüş qusarlılar üçün uğurlu keçib. Belə ki, AFFA mövqeyini dəyişib və "Şahdağ" növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparacaq.

Xəbər xətti