Dibala: "Kiminləsə müqayisə olunmaq istəmirəm"

16:41 - 18 Sentyabr 2017

İtaliya A Seriyasının 4-cu turunda "Sassuolo" ilə matçda het-trik edən "Yuventus"un hücumçusu Paulo Dibala qarşılaşmadan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz özünün və komandasının sərgilədiyi performans barədə danışıb:

 

"Oyundan öncə bir qol vurmaq istəyirdim, ancaq het-trik etdim. 3 dəfə fərqlənmək hər zaman xoş olur. Mən Dibalayam və müqayisələri sevmirəm. Messi bir futbol əfsanəsidir. Daha əvvəl futbol tarixində kiminsə bacarmadıqlarına nail olub. Mən kiminləsə müqayisə olunmaq istəmirəm. Öz karyeramı qurub, uğurlar əldə etmək istəyirəm".

 

Qeyd edək ki, Dibala bu mövssüm "Yuventus" forması ilə artıq 8 qol vurub.

Xəbər xətti