Ueyn Runi cəzalandırıldı

17:30 - 18 Sentyabr 2017

Sərxoş halda avtomobil idarə etməkdə ittiham edilən “Everton”un hücumçusu Ueyn Runi barədə məhkəmə qərar verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum edilib. Təcrübəli hücumçu həmçinin, 100 saatlıq ictimai işdə çalışmaq cəzası da alıb.

 

"Everton" da bu hərəkətinə görə Runini 326 min avro cərimələyib.

Xəbər xətti