"Beşiktaş" və "Trabzonspor"un futbolçuları millimizdə

18:02 - 18 Sentyabr 2017

19 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsi öncəsi son təlim-məşq toplanışını Almaniyanın Bad Vorişofen şəhərində keçirəcək.
 

Sportal.az xəbər verir ki, toplanış sentyabrın 18-dən oktyabrın 1-dək davam edəcək. Baş məşqçi Təbriz Həsənov toplanışa 18 futbolçu dəvət edib:

 

Şakir Seyidov (“Səbail”), Nadir Qasımov, Ceyhun Muxtarlı, Şahin Zəkiyev, Ricat Qarayev, Murad Qayalı, Rafael  Məhərrəmli, Təbriz Xubanov (hamısı “İnter”), Abbas Ağazadə, Əli Sadıxov, Faiq Hacıyev (hamısı “Qəbələ”), Bahadur Həziyev (MOİK), İsmayıl Babayev (“Sumqayıt”), Rəhman Daşdəmirov, Xəyal Tomarov (hər ikisi “Neftçi”), Doğukan Öksüz (“Trabzonspor”, Türkiyə), Mətin Gülər, Hüseyin Seyliğli (hər ikisi “Beşiktaş”, Türkiyə).

Xəbər xətti