Cengiz Ünder: "İlk günlər İtaliyada yaşamaq mənə çətin idi"

"Roma"nın bu yay "Başakşəhər"dən 13,4 milyon avro qarşılığında transfer etdiyi Cengiz Ünder açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Verona" ilə oyuna (3:0) start heyətdə başlayan gənc yarımmüdafiəçi baş məşqçi Eusebio de Françeskonun ona güvəndiyini bildirib:

 

"Bu möhtəşəm azarkeşlərin qarşısında uzun illər oynamaq istəyirəm. Burada oynadığım üçün çox həyəcanlı və həm də sevincliyəm. Baş məşqçimiz mənimlə söhbət etmişdi və start heyətdə yer alacağımı bildirmişdi. Onun mənə güvəndiyini bilirəm. Düşünürəm ki, bu oyunda onun gözləntilərini verə bildim".

 

Cengiz İtaliyaya adaptasiya olduğunu sözlərinə əlavə edib:

 

"İlk günlər İtaliyada yaşamaq mənə çətin idi. Ancaq indi hər şey qaydasında gedir. Çox xoşbəxtəm. Bu qarşılaşmada Edin Cekonun ötürməsini təəssüf ki qola çevirmədim. Onun ötürməsini qola çevirə bilmədiyim üçün üzr istədim".

 

Qeyd edək ki, "Roma" ÇL-də "Qarabağ"la eyni qrupda mübarizə aparır. "Canavarlar" ilk turda "Atletiko" ilə 0-0 hesablı heç-heçə etmişdi.

Tarix: 18 Sentyabr [19:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio