Millimizin sabiq futbolçusu qəzaya uğradı

Milli komandamızın sabiq üzvü və hazırda "Manisaspor"un futbolçusu olan Uğur Pamuk avtomobil qəzasına uğrayıb.

 

Sportal.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Qəza nəticəsində 28 yaşlı yarımmüdafiəçinin çiynində sınıq aşkarlanıb. Pamukun 1 aydan çox yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

 

Xatırladaq ki, millimizdə də oyun keçirən Uğur Pamuk ölkəmizin "Xəzər Lənkəran" və "Sumqayıt" klublarında çıxış edib.

Tarix: 18 Sentyabr [18:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio