“Qarabağ”ın rəqibləri razılaşdı

20:47 - 18 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) Dieqo Kostanın transfer məsləsi ilə bağlı “Çelsi”ylə razılaşıb.


Sportal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi baş məşqçi Antonio Konte tərəfindən heyətdən kənarlaşdırılan hücumçu üçün London klubuna 55 milyon avro və əlavə olaraq, 10 milyon avroluq bonus təklif edib.


“Zadəganlar”ın bu təklifi qəbul etdiyi bildirilir. Keçidin yanvar ayında rəsmiyyət qazanacağı qeyd edilir. 


Xatırladaq ki, 28 yaşlı futbolçu “Atletiko”dan 36 milyon avro qarşılığında transfer olduğu “Çelsi”nin heyətində 120 oyuna 58 qol vurub və 24 məhsuldar ötürmə edib.


Əlavə edək ki, “Qarabağ” Çempionlar Liqasında “Atletiko” və “Çelsi” ilə eyni qrupda mübarizə aparır.

 

Xəbər xətti